Kredit Risklərinin İdarə Olunması şöbəsinə mütəxəssis

Kredit Risklərinin İdarə Olunması şöbəsinə mütəxəssis

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

 Kredit risklərinin ölçülməsi məqsədilə müxtəlif yeni metodların, o cümlədən reytinq və scoring metodlarının, vintaj analizinin, miqrasiya matrisinin hazırlanmasında iştirak edilməsi;
 Mütəmadi olaraq kredit portfelinin keyfiyyət tendensiyalarının izlənməsi və müəyyən edilmiş dövrülükdə hesabatların verilməsi;
 Filialların kredit portfelinin keyfiyyətini əsas götürməklə reytinq metodologiyasının hazırlanması, təkmilləşdirilməsi ilə bağlı təkliflərin  verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi;
 Bankda müxtəlif risk sahələri üzrə kredit limitlərinin təyin edilməsi barədə təkliflərin verilməsi və təsdiqlənmiş limitlərin riayət edilməsinə nəzarət edilməsi;
 Kredit sahəsində aşkar edilmiş nöqsanların və çatışmazlıqların müvafiq struktur bölmələr tərəfindən aradan qaldırılması barədə öz təkliflərinin verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi;
 Bankın struktur bölmələrində risklərin idarə edilməsi işinin risk siyasətinə, bankdaxili qaydalara və prosedurlara uyğun aparılmasına nəzarət edilməsi və bütün kənarlaşmalar barədə Departament direktoruna məlumat verilməsi;
 Bankda kredit riski səhəsində (kredit potfeli daxil olmaqla) müvafiq metodologiya əsasında stres-testlər keçirilməsində iştirak edilməsi;
 Bölmənin işinə aid prosedur, təlimat və qaydaların hazırlanması;
 Bankın rəhbərliyi, o cümlədən Departament direktoru tərəfindən biləvasitə verilən göstəriş və tapşırıqları, biləvasitə rəhbərini məlumatlandırmaqla, icra edilməsi;
 Bankın daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarina daim riayət edilməsi;
 Daim bankın imicinin və mənafeyinin qorunması.

Namizədə qarşı tələblər:

 İqtisadiyyat sahəsində ali təhsil (magistr dərəcəsi arzuolunandır);
 Analitik düşüncə tərzi, maliyyə-mühasibat hesabatları ilə işləmək bacarığı;
 Bankda (kredit, risk sahələrində) iş təcrübəsinin olması üstünlükdür;
 Analitik düşünmə qabiliyyəti;
 Güclü statistika bilikləri (modelləşdirmə və proqnozlaşdırma);
 Yüksək səviyyədə Microsoft Excel bilikləri (formulalar və cədvəllərlə işləmək);
 Sərbəst Azərbaycan, İngilis və Rus dili bilikləri;
 Sərbəst işləmə bacarığı;
 Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 sentyabr 2015-ci il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit Risklərinin İdarə Edilməsi şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

 

 

3 aylıq tam praktiki və zəmanətli dil proqramları:

1. “Young Business Factory” – “Professional IELTS”

2. “Young Business Factory” – “Professional English Course”

3. “Young Business Factory” – “Professional Rus dili”

4. “Young Business Factory – “Professional Alman dili”

Baxılma sayı (530)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*