“Uğurlu gələcək naminə” layihəsi çərçivəsində daha bir təlim başa çatıb.

“Uğurlu gələcək naminə” layihəsi çərçivəsində daha bir təlim başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin “Uğurlu gələcək naminə” layihəsi çərçivəsində Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulmuş erkən nigah və insan alveri barədə iki günlük təlim kursu 21-22 dekabr tarixlərində keçirilmişdir.

Təlimlərdə cəmiyyətdə sosial aktiv gənc iştirak etmişdir. İctimi birliyin idarə heyətindən verdiyi məlumata əsasən təlim kurslarının keçirilməsində əsas məqsədin insan alveri və erkən nikahlarla mübarizəsində gənclərin sosial fəallığın artırılmasına nail olmaq və cəmiyyət daxili maarifləndirmə işinin təşkilində birbaşa gənclərin iştirakını təmin etməkdən ibarətdir.

Təlimlərdə gənclərə erkən nigah və insan alverinin hüquqi, tibbi və psixoloji tərəfləri barədə məlumat verilmiş cəmiyyət daxili mübarizə, maarifləndirmə işinin təşkili üsulları öyrədilmişdir. Təlim kursunun sonunda iştirakçılara sertifikatlar verilib və bununlada layihəyə yekun vurulub.

1468797_615089325218452_710189741_n 1527025_615089371885114_210236569_n


Baxılma sayı (1291)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>