Hüquqşünas

Hüquqşünas

Namizədə dair tələblər:

Hüquq sahəsində ali təhsil;
3ilkorporativ hüquqşunas kimi iş təcrübəsi;
Azərbaycan və Rus dillərini  mükəmməl, İngilis dilini orta səviyyədə olmalıdır;
Kompyuter programlarında işləmə bacarığı;
Yaş həddi 25-35 ;
Mülki, əmək, inzibati, cinayət qanunvericiliyini bilməlidir;
Müqavilələrin bağlanması və rəsmiləşdirilməsi qaydasını və s. bilməlidir.
Məsuliyyətlilik və iş prosesində dəqiqlik;
Komanda da işləmə və ünsiyyət qurabilmə qabiliyyəti;
Hüquqi nitq və yazışma qabiliyyəti;
Yüksək qavrama və öyrənmə qabiliyyəti;

Vəzifə öhdəlikləri:

1.Şirkətin bütün siyasət və prosedurların tələblərinin yerinə yetirilməsi və ona riayətetmək;
2. Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq; sənədlərin layihələrin uyğunlaşma mərhələsinə riayəti məsul işçilər ilə yoxlamaq;
3. Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğun olmasının yoxlanılması; Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
4. Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
5. Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddiaərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
6. Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
7. Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması.

İş qrafiki: 6 günlük
09:30-18:30

Maraqlananlar müraciət formalarını CV (resume)  elvin.allahverdiyev@ansgroup.ws  ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Hüquqşunas) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.
Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

 

 

Əlavə olaraq Sizlər üçün Peşəkar Kariyera proqramları: 

1. “Business School of Marketing”

2. “Communication School”

Baxılma sayı (483)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*